Əsas Səhifə > Cəmiyyət > Soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilib
Soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilib3-02-2023, 16:36 |
Baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. "Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 18 mart tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 03.02.2023 tarixli 33 nömrəli Qərarı baş soğan və şalot soğanının (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və faraş soğan istisna olmaqla) Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısına daxil edilməsini nəzərdə tutur. Geri qayıt |