Əsas Səhifə > Cəmiyyət > Abşeronda quşçuluq fabrikində yanğın olub

Abşeronda quşçuluq fabrikində yanğın olub


3-02-2023, 10:38


Abşeron rayonunda quşçuluq fabrikində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, fabrikin ərazisində ümumi sahəsi 1600 m² olan sexin dam örtüyünün taxta atmaları 50 m² sahədə, içərisində avadanlıqlar və yerə səpələnmiş saman yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəffaflıq.az


Geri qayıt