Əsas Səhifə > XARİCİ XƏBƏR > Türkiyədə avtobus qəzası: Yaralananlar arasında azərbaycanlı da var

Türkiyədə avtobus qəzası: Yaralananlar arasında azərbaycanlı da var


2-02-2023, 23:27


İstanbulun Bahçelievler səmtində avtobus dayanacağa çırpılıb. Qəzada 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Məlumata görə yaralananlar arasında Azərbaycan vətəndaşı Əhməd Rzayev də var. Onun təcili yardımla xəstəxanaya aparıldığı, vəziyyətinin ağır olduğu bildirilib.

Avtobusun sürücüsü artıq saxlanılıb.

Şəffaflıq.az

Mənbə: Haber Global 


Geri qayıt