Əsas Səhifə > MALİYYƏ > Kredit faizlərinin artımı sahibkarlara necə təsir edəcək?
Kredit faizlərinin artımı sahibkarlara necə təsir edəcək?2-02-2023, 19:37 |
“Bankların kredit faizlərinin artacağını düşünmürəm. Kreditlərin faizləri kifayət qədər yüksəkdir”. Bunu “Unikal”a açıqlamasında deputat Rüfət Quliyev deyib. Onun sözlərinə görə, bank rəhbərləri kredit faizlərinin yüksək olmasını bu formada izah ediblər ki, Mərkəzi Bankın uçot dərəcəsi, depozitin 10 faizi və onun üzərinə də bankın 2-3 faizini gəldikdə, vəsaitin maya dəyəri 18-19 faiz olur: “Ona görə də kreditlərin faizi belə yüksəkdir. Düşünürəm ki, kredit faizlərinin bundan yüksək olması mümkün deyil. Sahibkar həmin kreditlə heç bir iş görə bilməz. Bank kreditləri 13-15 faizlə verilsə, maliyyə bazarında sahibkarlar üçün əlçatan olacaq. Təbii ki, bu da yüksək faizdir. Amma nisbətən kömək edəcək”. Şəffaflıq.az Geri qayıt |