Əsas Səhifə > Cəmiyyət > Naxçıvan Universitetinə yeni rektor təyin edilib

Naxçıvan Universitetinə yeni rektor təyin edilib


2-02-2023, 17:33


Naxçıvan Muxtar Respublikada yeganə özəl universitet olan Naxçıvan Universitetinə yeni rektor təyin edilib.

Şəffaflıq.az məlumatına görə, bununla bağlı təsisçi müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu vəzifəyə Kazımov Anar Altay oğlu təyin edilib.

Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışan A.Kazımov bu gün kollektivə təqdim edilib.

Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.

Məlumatı universitetin Mətbuat Xidməti "Report"a təsdiqləyib.

Qeyd edək ki, dosent A.Kazımov bu təyinatadək Dövlət İqtisad Universiteində çalışırdı.


Geri qayıt