Əsas Səhifə > Hadisə > Bakıda 45 yaşlı qadın bıçaqlanıb, keçmiş əri saxlanılıb

Bakıda 45 yaşlı qadın bıçaqlanıb, keçmiş əri saxlanılıb


2-02-2023, 17:03


Bakıda 45 yaşlı qadın bıçaqlanıb, keçmiş əri saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 2-i saat 9 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində olan mənzillərin birində 1975-ci il təvəlüdlü qadına kəsici-deşici alətlə ağır bədən xəsarəti yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törədərək hadisə yerindən qaçan şübhəli şəxs - qadının keçmiş həyat yoldaşı, 1972-ci il təvəllüdlü Rövşən Əliyev polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt