Əsas Səhifə > Hadisə > Ağdaşda minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var

Ağdaşda minik avtomobilləri toqquşdu: Xəsarət alanlar var


2-02-2023, 14:47


Ağdaş rayonunda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Şəffaflıq.az-ın məlumata görə, hadisə rayonunun Dəhnəxəlil kəndi ərazisində baş verib. 

Belə ki, rayon sakini Ruslan Əliyevin idarə etdiyi KIA və Göyçay şəhər sakini Zahir İsmayılovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. 

Nəticədə KIA-nın sürücüsü və ikisi yeniyetmə olmaqla avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Ağdaş Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

İlhamə Əbülfət


Geri qayıt