Əsas Səhifə > Siyasət > Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edib

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfər edib


1-02-2023, 20:27


Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə keçirilən “Qış təlimi - 2023” beynəlxalq təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.

Şəffaflıq.az


Geri qayıt