Əsas Səhifə > XARİCİ XƏBƏR > Prezidentdən yüksək vəzifəyə TƏYİNAT

Prezidentdən yüksək vəzifəyə TƏYİNAT


1-02-2023, 15:51


Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 28 yanvar tarixli müvafiq Sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, bu gün Bəhruz Məmmədov kollektivə təqdim olunub.

Bəhruz Məmmədovu kollektivə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdim edib.

Qeyd edək ki, Bəhruz Məmmədov müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

Şəffaflıq.az


Geri qayıt