Əsas Səhifə > XARİCİ XƏBƏR > İstanbulda dəhşət: İşlədiyi evdə uşaq dünyaya gətirib pəncərədən atdı

İstanbulda dəhşət: İşlədiyi evdə uşaq dünyaya gətirib pəncərədən atdı


1-02-2023, 15:28


Türkiyənin İstanbul şəhərində qadın yeni dünyaya gətirdiyi uşağın ölümünə səbəb olub.

Bahçelievlər rayonunda əcnəbi vətəndaş S.B. təmizlik işləri gördüyü evdə dünyaya gətirdiyi körpəni torbaya qoyaraq binanın bağçasına atıb.

Çağırış üzrə hadisə yerinə gələn polislər axtarışa başlayıblar. Uşağın həyatını itirdiyi məlum olub.

S.B. polis qrupları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma davam edir.

Qonşuların sözlərinə görə, qadın hamilə olduğunu gizlədib və artıq çəkisi olduğunu deyib.

Şəffaflıq.az


Geri qayıt