Əsas Səhifə > Hadisə > Mingəçevirdə mənzildən qadın meyiti tapılıb

Mingəçevirdə mənzildən qadın meyiti tapılıb


1-02-2023, 12:59


Bu gün səhər saatlarında Mingəçevir şəhərində yerləşən mənzillərin birində üzərində zorakılıq əlamətləri olmayan qadın meyiti aşkarlanıb.

Şəffaflıq.az-ın məlumatına görə, həmin şəxsin 1958-ci il təvəllüdlü Pərvanə Hüseynova olduğu müəyyən edilib.

Qadının ürək çatışmazlığından öldüyü bildirilir.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

İlhamə Əbülfət


Geri qayıt