Əsas Səhifə > Dünya > İki dəfə həbs olundu, oğluna ölüm hökmü verdilər - Səttarxan haqqında bilmədiklərimiz...
İki dəfə həbs olundu, oğluna ölüm hökmü verdilər - Səttarxan haqqında bilmədiklərimiz...31-01-2023, 16:48 |
Şəffaflıq.az Məşrutə inqilabının görkəmli xadimi, əsas liderlərindən biri və xalq qəhrəmanı Səttarxan haqqında maraqlı faktları təqdim edir. Səttarxan 1868-ci il oktyabrın 20-də İranın Qaradağ vilayətində azərbaycanlı ailəsində anadan olub. Qaradağ bölgəsindən olmağını ona ləqəb kimi “qaradağlı” deyilməsi sübut edir. Lakin hansı kənddə doğulması ilə bağlı ortaq yekun bir fikir yoxdur. Atası Hacı Həsən bəy, anası Təhminə xanımdır. Səttarxanın üç qardaşı və dörd bacısı olub. Kiçik yaşlarından ağır işlərlə məşğul olan, təhsil imkanı olmayan Səttar zəhmətkeş və cəsarətli gənc kimi formalaşıb. Səttarxan Əhər şəhərinin sakini Hacı Həsən Bəzzazın ikinci oğlu idi. Hacı Həsən Bəzzaz parça ticarəti ilə məşğul idi. Səttarxandan başqa dörd qızı və dörd oğlu olub. Səttarxan kiçik yaşlarında əkin sahələrində işləyib çobanlıqla məşğul olub. Gənc yaşlarında qardaşı İsmayıl ilə birlikdə həbs olunaraq Təbrizə aparılıb. Buna səbəb isə şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətmələri olub. Qərara əsasən, qardaşı edam edilib, Səttar isə 3 aylıq həbs olunub. 1880-ci ildə 14 yaşında olan Səttar yenidən həbs edilib və uzun müddətə məhkum edilərək Ərdəbildəki Narın həbsxanasına salınıb. Burada o, iki ilini keçirib. Həbsxanada tanış olduğu Haşım adlı bir məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyi ilə o, gözətçini öldürərək zindandan qaçıb. “Alarlı” türk tayfasına qatılıb. 1908-ci ildə Məhəmməd Əli şah Qacar Tehranda çevriliş edib Şura Məclisini topa tutduqdan sonra, Təbrizi də ələ keçirməyə çalışıb. Təbrizdəki bütün məhəllələr ağ bayraq qaldırıb təslim olsalar da, Səttarxanın əlində olan Əmirəqız məhəlləsi təslim olmur. Nəticədə güc yenidən məşrutəçilərin əlinə keçir və bütün məhəllələr şah qüvvələrindən təmizlənir. Bu qalibiyyətindən sonra Səttarxana Azərbaycanın əyalət əncüməni tərəfindən “Sərdari-milli” ləqəbi verilib. 27 sentyabr 1908-ci ildə Səttarxan Təbrizə dönən vaxt artıq Təbriz rejimi əleyhinə ayağa qalxıb və onun bütün siyasi sütunlarını silkələməyə başlayıb. Məhəmmədəli şah atasının millətə verdiyi vədləri yerinə yetirmək əvəzinə xalqa divan tutmağa başlayıb. Üstəlik İranı nüfuz dairəsinə çevirmək barədə 1907-ci il İngiltərə-Rusiya sövdələşməsinə razı olub. Bunun ardınca 1908-ci il iyunun 23-də xalq elçilərinin toplandığı məclis top atəşinə tutulub. Ölkədə kütləvi həbslər və təqiblər başlayıb. Şura Məclisini topa tutduqdan sonra, Mir Haşimin başçılığı altında şahın 40 minlik silahlı qüvvələri və tərəfdarları Təbriz şəhərini ələ keçirməyə və mücahidlər, fədailər və əncümənlərlə birdəfəlik hesab çəkmək fikrinə düşüblər. Bir çox məhəllələr müqaviməti dayandırıb ağ bayraq qaldırıb. Təbrizin yalnız bir məhəlləsi ağ bayraq qaldırmayıb - Səttarxanın başçılıq etdiyi Əmirəqız məhəlləsi. Şəhərdə qalan mucahidləri bir yerə yığan Səttarxan inqilabın tarixində dönüş yaradan hünər edib. Kiçik dəstə ilə hücuma keçərək, Təbrizin mərkəzi hissəsində ağ bayraqları inqilab rəmzi qırmızı bayraqla əvəz edib. Bu addım inqilabçıları ruhlandırıb və Təbrizi Məşrutə inqilabının mərkəzinə çevirib. Səttarxanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılıb. Ali Şuranın baş komandanı Səttarxan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin ediliblər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq, düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olub. Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhvali-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyası və İngiltərəni təşvişə salıb. Onlar Səttarxanı və silahdaşlarını gözdən salmaq üçün Səttarxan və Bağırxanı silahdaşlarından, Təbrizdən ayırmağa çalışıblar. Təbrizdəki rus konsulu Roxitonov bir neçə dəfə Səttarxanla görüşüb şah dövləti adından ona ali vəzifə və yüksək dövlət məqamlarını tutmağı təklif etsə də, konsulun təklifləri müqabilində Səttarxan bildirir: “Mən Məşrutəyə nə sərvət, nə də məqam üçün yox, azadlıq üçün qoşulmuşam. Bunu ala bilsəm, bir parça torpağı əkib-biçməyim mənə kifayətdir.” Səttarxana fədailəri ilə Atabəy parkında yer verilib. 1910-cu ilin 7 avqustunda şah qoşunları və Tehranın milliyətcə erməni olan və əvvələr Səttarxanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış, daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum ediblər, Səttarxanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstəriblər. Baş verən silahlı qarşıdurmada Səttarxan ayağından yaralanıb. Səttarxanın qoşunlarına Tehrandan çıxmağa imkan verilməyib. Aldığı güllə yarasından sonra əsir düşən Səttarxana Təbrizə geri dönməyə icazə verilməyib. Aldığı yaraya görə uzun müddət yataq xəstəsi olan Səttarxan 1914-cü il noyabrın 16-da Tehranda dünyasını dəyişib. Onu Tehranın yaxınlığındakı Şah-Əbdüləzim məzarlığında dəfn ediblər. Səttarxanın məzarına uzun müddət laqeyd yanaşılıb. Məzarın ətrafında dəfələrlə qazıntı işləri aparılıb baş daşına ziyan vurulub. Sonradan isə milli fəallar tərəfindən məzar daşı dəyişdirilib və qəbri yenidən təmir olunub. Bütün bu laqeydliklərə görə dəfələrlə İran hökumətindən məzarın Tehrana köçürülməsi tələb olunub, lakin illərdir hökumət bu istəyə müsbət cavab verməyib. Hər il 13-14 noyabr tarixində milli fəallar Səttarxanın məzarı üzərinə yığışıb onu yad edirlər. Ancaq hər dəfə ziyarətə gələnlər təqib edilib, həbs olunublar. Səttarxanın yeganə oğlu Yədulla, 4 yaşında ikən, dövlət qoşunlarının yaratdığı qırğın, Təbrizi top tüfəng atəşinə tutub, adi xalqı güllələyərək öldürmələrinə şahid olub. Sonra atası ilə birlikdə Tehrana gedib Atabəy parkının kədərli hadisəsində, atasının yaralanmasını görüb, sonra da Təbrizə göndərilib. Bir il Təbrizdə qaldıqdan sonra Səmədxanın zalımcasına qətliamlarını görüb, əmisi Əzimxanla Təbrizdən Tehrana qaçırılıb. Səttarxanın ölümünə qədər iki il yanında qalıb. Atası dünyasını dəyişdikdən sonra Təbrizə qayıdıb, iki bacısı ilə birgə Hacı Əzimxanın himayəsinə keçib. O, sonralar hərbi təhsil almaq məqsədi ilə Fransaya gedib. Hərbi təhsilini başa vurduqdan sonra İran ordusuna daxil olaraq, hərbi prokuror vəzifəsində çalışıb. Özündən yüksəkrütbəli hərbçilərin tələblərinə rəğmən Seyid Cəfər Pişəvərinin yaxını, bir hərbçiyə ölüm hökmü yerinə ömürlük həbs hökmü çıxardığı üçün həbs olunub, əleyhinə ölüm hökmü çıxarılıb. Ancaq minbaşı Haşimi və Siqqətül-İslamın oğlunun vasitəsi ilə, habelə Məhmud Cəm ilə qohumluq əlaqələrinə görə bağışlanaraq hərbi rütbəsi endirilib. Təbrizdə vəfat edib, İmamiyyə məzarlığında dəfn olunub. 1909-cu ildə Təbrizə səfər edən Məhəmməd Əmin Rəsulzadə Səttarxan ilə ilk görüşünü belə təsvir edir: “Bütün İranı-təmin yolunda tamam dünyaca şöhrət qazanmış olan bu qəhrəmani-millinin ziyarətinə nail oldum... Sərdarın zahirini təsvir еtmək mənə əbəsdir. Zira bu surəti-bеnami tanımayan bir nəfər tapılmaz. Fotoqraf o əksi-millini еynilə bütün aləmə nəşr еtmiş və hər bir kəsə tanıtdırmışdır... Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xеyli cəlddir, danışığı çox ciddidir. Məşrutəpərəstliyi din dərəcəsində qəvidir. Bu adam məşrutə tərəfdarı olmaqda fanatizm еdiyor. Bütün hərəkətini, vücudunu, zoru-bazusunu millətə sərf еtmişdir”. Təbrizdə Səttarxan və Bağırxanın mübarizəsinin şərəfinə xüsusi gün təsis olunub və iki medal təsis edilib. Medalların ön üzündə onların şəkli arxa üzündə isə “23 iyun 1908-ci il” tarixi əks olunub. 1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən “Azadlıq cəbhəsi” qəzeti tərəfindən təşkil edilmiş mitinqdə Seyid Cəfər Pişəvəri Səttarxanın qəbri üstündə nitq söyləyib. 1909-cu ildə Təbrizə səfər edən Məhəmməd Əmin Rəsulzadə Səttarxan ilə ilk görüşünü belə təsvir edir: “Bütün İranı-təmin yolunda tamam dünyaca şöhrət qazanmış olan bu qəhrəmani-millinin ziyarətinə nail oldum... Sərdarın zahirini təsvir еtmək mənə əbəsdir. Zira bu surəti-bеnami tanımayan bir nəfər tapılmaz. Fotoqraf o əksi-millini еynilə bütün aləmə nəşr еtmiş və hər bir kəsə tanıtdırmışdır... Sərdar qayətdə qanı isti bir adam, hərəkəti xеyli cəlddir, danışığı çox ciddidir. Məşrutəpərəstliyi din dərəcəsində qəvidir. Bu adam məşrutə tərəfdarı olmaqda fanatizm еdiyor. Bütün hərəkətini, vücudunu, zoru-bazusunu millətə sərf еtmişdir”. Təbrizdə Səttarxan və Bağırxanın mübarizəsinin şərəfinə xüsusi gün təsis olunub və iki medal təsis edilib. Medalların ön üzündə onların şəkli arxa üzündə isə “23 iyun 1908-ci il” tarixi əks olunub. 1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən “Azadlıq cəbhəsi” qəzeti tərəfindən təşkil edilmiş mitinqdə Seyid Cəfər Pişəvəri Səttarxanın qəbri üstündə nitq söyləyib. 1946-cı ildə Azərbaycan Milli Hökumətinin hakimiyyəti dövründə Təbrizdə Rza şahın abidəsinin yerində Səttarxana abidə qoyulmuş Gülüstan bağının da adı dəyişdirilərək Səttarxan bağı olub. Milli hökumət süquta uğradıqdan sonra abidə dağıdılıb, parkın adı isə dəyişdirilib. Müasir dövrdə Səttarxana Əhərdə və Təbrizdə heykəllər qoyulub. Azərbaycanda Lənkəran, Naxçıvan, Şəmkir, Ucar və Bərdədə Səttarxan adına küçələr var. 1972-ci ildə İranda “Səttarxan” adlı sənədli film çəkilib. 2018-ci ildə isə İranda “Səttarxan” adlı 10 hissəli bədii serial çəkilib. Filmdə Səttarxanın ömrünün son dörd ili əks olunub. Lakin serialda bəzi faktların təhrifə uğraması və ssenarisi azərbaycanlı fəalların etirazlarına səbəb olub. Şəffaflıq.az Geri qayıt |