Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya ordusu məktəbi bombalasa da, ukraynalı uşaqlar qorxmurlar
Rusiya ordusu məktəbi bombalasa da, ukraynalı uşaqlar qorxmurlar31-01-2023, 16:07 |
Rusiya ilə Ukrayna arasında 1 ilə yaxındır davam edən müharibə nəticəsində qəzalı vəziyyətə düşməsinə baxmayaraq, Lisiçanskdakı musiqi məktəbində dərslər davam edir. Skripka müəllimi Yelena Şarıgina bildirib ki, Rusiya ordusunun ötən ilin yayında məktəbə endirdiyi zərbələr nəticəsində xəsarət alan olmayıb. “Təbii ki, bu, məqsədli hücum olub. Zərbə nəticəsində məktəbin üç sinif otağı tamamilə məhv edildi. Xoşbəxtlikdən hadisə baş verən gün biz burada olmamışıq”, - deyə o qeyd edib. Valideynlər isə bildirib ki, uşaqların evdə dərs keçməsi üçün şərait son dərəcə ağırdır. Məlumat üçün bildirək ki, Luqansk vilayətinin Lisiçansk şəhəri ötən il iyulun 3-də Rusiya ordusunun nəzarətinə keçib. Şəffaflıq.az Geri qayıt |