Əsas Səhifə > Cəmiyyət > Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq

Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq


31-01-2023, 10:37


Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

Qeyd edək ki, 2 fevral Azərbaycan Gəncləri Günüdür. Prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur.

Şəffaflıq.az 


Geri qayıt