Əsas Səhifə > Cəmiyyət > ÜST fövqəladə vəziyyət rejiminin müddətini uzadıb
ÜST fövqəladə vəziyyət rejiminin müddətini uzadıb30-01-2023, 17:03 |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılması ilə əlaqədar 2020-ci ilin yanvarından bəri qüvvədə olan fövqəladə vəziyyət rejiminin müddətini daha 3 ay uzadıb. Bu barədə ÜST-nin Cenevrədəki mənzil-qərargahında təşkilatın Fövqəladə Komitəsinin iclasının yekunlarına dair dərc edilən məlumatda deyilir. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyasının hələ də təhlükəli olduğunu və ictimai sağlamlıq üçün təhlükə yaratdığını vurğulayıb. O bildirib ki, bu pandemiya beynəlxalq əhəmiyyətli ictimai səhiyyədə fövqəladə vəziyyət nümayiş olunmaqda davam edir. Mənbə: https: Who.int Şəffaflıq.az Geri qayıt |