Əsas Səhifə > İdman > "Yuventus" 70 milyon avroya aldığı futbolçunu göndərmək istəyir
"Yuventus" 70 milyon avroya aldığı futbolçunu göndərmək istəyir30-01-2023, 14:44 |
İtaliyanın "Yuventus" klubu Serbiya millisinin futbolçusu Duşan Vlahoviçlə yollarını ayıra bilər. Şəffaflıq.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Turin rəhbərliyi kluba qarşı sanksiyaların tətbiqindən sonra büdcə problemi səbəbindən 22 yaşlı hücumçu ilə vidalaşmağa hazırdır. “Qoca sinyora” bu transferdən ən azı 80 milyon avro qazanmağı planlaşdırır. İngiltərənin "Çelsi", "Arsenal" və "Mançester Yunayted" klubları Vlahoviçin keçidində maraqlıdırlar. Onun "Yuventus"la müqaviləsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Serbiyalı forvard 2022-ci ilin yanvarında 70 milyon avro qarşılığından "Fiorentina"dan alınıb. Geri qayıt |