Əsas Səhifə > ƏSAS XƏBƏR > İlham Əliyev və Mehriban Əliyeva Macarıstanda rəsmi səfərdədirlər

İlham Əliyev və Mehriban Əliyeva Macarıstanda rəsmi səfərdədirlər


29-01-2023, 23:52



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib.

Şəffaflıq.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovniczky, Macarıstan Prezidentinin xarici əlaqələr və diplomatiya üzrə müşaviri Kriştof Altus və digər rəsmi şəxslər qarşıladılar.


Geri qayıt