Əsas Səhifə > XARİCİ XƏBƏR > Pakistanda qayıq batdı: Azı 10 uşaq öldü

Pakistanda qayıq batdı: Azı 10 uşaq öldü


29-01-2023, 23:49



Pakistanın Heybər Paxtunxva əyalətinin Kohat bölgəsindəki Tanda gölündə qayıq batıb.

Pəncab əyalətinin axtarış-xilasetmə xidmətinin sözçüsü Bilal Faizi qəzada ən azı 10 uşağın öldüyünü açıqlayıb.

Onun sözlərinə görə, indiyədək 17 uşaq və 1 müəllimin xilas edilib. Uşaqlardan 4-nün vəziyyəti ağırdır. Onlar Kohat xəstəxanasına yerləşdirilib.

Qayıqda olanların 12-20 yaş arasında olduğunu deyən şagirdlərin göldə ekskursiyaya çıxdıqlarını vurğulayıb.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, göldə axtarış-xilasetmə işləri 7 təcili yardım maşını, 4 qayıq, 2 xilasetmə maşını və 40-dan çox canlı qüvvə ilə davam edir.

Şəffaflıq.az


Geri qayıt