Əsas Səhifə > Hadisə > Qəbələdə kişi skeleti aşkarlanıb

Qəbələdə kişi skeleti aşkarlanıb


29-01-2023, 21:05


Bu gün günorta saatlarında Qəbələ rayonu Nohurqışlaq kəndinin dağlıq ərazisində kişi skeleti aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Həmin şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

Şəffaflıq.az


Geri qayıt