Əsas Səhifə > XARİCİ XƏBƏR > İranda 4,8 maqnitudada növbəti zəlzələ olub, Naxçıvanda hiss edilib

İranda 4,8 maqnitudada növbəti zəlzələ olub, Naxçıvanda hiss edilib


29-01-2023, 20:46


İranda 4,8 maqnitudada növbəti zəlzələ qeydə alınıb, yeraltı təkanlar Naxçıvanda hiss olunub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 18:41-də Naxçıvan stansiyasında 86 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.

Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Şəffaflıq.az


Geri qayıt