Əsas Səhifə > Cəmiyyət > İsmayıllı sakinlərindən üç tüfəng götürüldü
İsmayıllı sakinlərindən üç tüfəng götürüldü29-01-2023, 17:52 |
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən ov tüfəngləri aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakinləri- Bədəl Əliyev, Vüqar Nuriyev və Fəxrəddin Əliyevdən müvafiq sənədləri olmayan “İJ”, eləcə də “TOZ” markalı tüfənglər aşkar edilib. Həmin şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Şəffaflıq.az Geri qayıt |