Əsas Səhifə > İdman > "Barselona"ya üç xal üçün bir qol kifayət etdi

"Barselona"ya üç xal üçün bir qol kifayət etdi


28-01-2023, 22:38


“Barselona” ardıcıl qələbələr seriyasını 8 matça çatdırıb.

Şəffaflıq.az xəbər verir ki, Xavinin komandası La Liqanın 19-cu turunda “Jirona”nı məğlub edib (1:0).

Katalon klubu sonuncu dəfə oktyabrın 26-da Çempionlar Liqasında “Bavariya”ya (0:3) məğlub olub. O vaxtdan bəri 13 oyunda 12 qələbə və bir heç-heçə edib.

2023-cü ildə kataloniyalılar İspaniya Superkubokunda “Betis”ə qarşı penaltilər də daxil olmaqla, 8 matçın hamısında qalib gəliblər.



Geri qayıt