Əsas Səhifə > XARİCİ XƏBƏR > Oklenddə fövqəladə vəziyyət elan edildi

Oklenddə fövqəladə vəziyyət elan edildi


28-01-2023, 13:28


Yeni Zelandiyanın Oklend şəhərində leysan yağışları və daşqınlar nəticəsində azı 3 nəfər ölüb.

Polislər bir nəfərin də itkin düşdüyünü deyirlər.

Cümə günü ölkənin ən böyük şəhərində başlayan daşqınlar səbəbi ilə hökumət meqapolisdə və ətraf rayonlarda fövqəladə vəziyyət elan edib.

Son sutka ərzində bölgəyə azı 380 mm yağıntı düşüb. Daşqın və sürüşmə səbəbindən ictimai nəqliyyatın hərəkəti dayandırılıb, bəzi magistral yollar bağlanıb. Şəhərin bir neçə qərb rayonu elektrik naqillərində yaranan nasazlıq səbəbindən rabitəsiz və işıqsız qalıb.

Mənbə: Radio New Zealand

Şəffaflıq.az


Geri qayıt