Əsas Səhifə > İdman > Olimpiya Festivalı: Azərbaycan idmançısı sərbəst proqramda 15-ci yeri tutub
Olimpiya Festivalı: Azərbaycan idmançısı sərbəst proqramda 15-ci yeri tutub28-01-2023, 11:00 |
Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalında növbəti çıxışını edib. Şəffaflıq.az-ın məlumatına görə, idmançı sərbəst proqramda 116,38 xal toplayaraq, 30 iştirakçı arasında 15-ci yeri tutub. Qeyd edək ki, Səbinə Əliyeva qısa proqram üzrə çıxışını 45,27 xalla 10-cu pillədə tamamlamışdı. Geri qayıt |