Əsas Səhifə > REGİON > "Biz hər zaman Azərbaycanla bir yerdəyik".
"Biz hər zaman Azərbaycanla bir yerdəyik".27-01-2023, 12:51 |
"Biz hər zaman Azərbaycanla bir yerdəyik". Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay tviterdə yazıb. "Hücum zamanı həlak olan mühafizəçiyə Allahdan rəhmət diləyirik. Onun ailəsinə və Azərbaycan xalqına başsağlığı verirəm. Allah yaralılara şəfa versin. Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu pisləyirəm", - F.Oktay bildirib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb. Geri qayıt |