Əsas Səhifə > XARİCİ XƏBƏR > Bu il yanvarın 26-dək Ukrayna ərazisinə, təxminən, 728 raket buraxıb.

Bu il yanvarın 26-dək Ukrayna ərazisinə, təxminən, 728 raket buraxıb.


27-01-2023, 09:35


Rusiya ötən ilin oktyabrından Bu il yanvarın 26-dək Ukrayna ərazisinə, təxminən, 728 raket buraxıb.

Şəffaflıq.az xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, Rusiya Ukrayna ərazisinə 2022-ci il oktyabrın 10-11-də 111 raket, okyabrın 17-22-də 49, oktyabrın 31-də 50, noyabrın 15-17-də 120, noyabrın 23-də 70, delabrın 5-də 70, dekabrın 16-da 76, dekabrın 29-31-də 89, 2023-cü il yanvarın 14-də 38, yanvarın 26-da isə 55 raket buraxıb.

Qeyd edilib ki, hesabat Ukrayna müdafiə qüvvələrinin gündəlik məlumatlarına əsasən hazırlanıb.

Xatırladaq ki, Rusiya Ukraynaya 2022-ci ilin payızından daha intensiv şəkildə raket hücumları həyata keçirir.


Geri qayıt