Əsas Səhifə > SAĞLAMLIQ / XARİCİ XƏBƏR > ÜST sabah koronavirus pandemiyası ilə bağlı qərar verəcək
ÜST sabah koronavirus pandemiyası ilə bağlı qərar verəcək26-01-2023, 18:44 |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının fövqəladə hal kimi davam edib-etmədiyini müəyyənləşdirmək üçün yanvarın 27-də toplanacaq. Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumdan bildirilib. Qeyd olunub ki, bu, təşkilatın COVID-19-la bağlı Fövqəladə Komitəsinin 14-cü iclası olacaq. Bildirilib ki, indiyədək dünyada 664 milyondan çox koronavirusa yoluxma halı və 6,7 milyondan çox isə ölüm faktı qeydə alınıb. Xatırladaq ki, COVID-19-a ilk dəfə 2019-cu ildə Çində rast gəlinib. Xəstəlik sürətlə dünya ölkələrinə yayılıb və 2020-ci ildə pandemiya elan olunub. Geri qayıt |