Əsas Səhifə > İdman > Avropa Gəncləri Qış Olimpiya Festivalı: Azərbaycan idmançısı qısa proqramda 10-cu olub

Avropa Gəncləri Qış Olimpiya Festivalı: Azərbaycan idmançısı qısa proqramda 10-cu olub


25-01-2023, 19:46


Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalında ilk çıxışını edib.

Federasiyadan Şəffaflıq.az-a verilən məlumata görə, o, qısa proqramda hakimlərdən 45.27 xal alıb. Yığmanın ən gənc atleti 30 ölkənin iştirakçısı arasında 10-cu yeri tutub.

Səbinə Əliyevanın növbəti çıxışı yanvarın 27-də baş tutacaq. İdmançı sərbəst proqramda yüksək nəticə uğrunda mübarizə aparacaq.


Geri qayıt