Əsas Səhifə > SAĞLAMLIQ > Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan virusla bağlı valideynlərə çağırış edib
Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan virusla bağlı valideynlərə çağırış edib25-01-2023, 15:24 |
“Virusun kəskin dövrü var və ilk 5-6 gün kəskin dövr sayılır”. Şəffaflıq.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib. O bildirib ki, bu müddət bitəndən sonra insanda baş, göz, qulaq ağrısı varsa, bu bakterial ağrı sayılır: “Bu zaman həkimə mücariət etmək və müalicə almaq lazımdır”. Ə.Quliyev vurğulayıb ki, uşaqlarda temperaturun 5-gündən çox davam etməsi təhlükəlidir. O deyib ki, uşaqlarda 4-5-gündən artıq temperatursalan dərman istifadəsinə baxmayaraq, temperatur düşmürsə, müayinədən keçirmək, qan və sidik analizi vermək lazımdır: “Ondan sonra nəticələr dəyərləndirməlidir. Yəni temperaturun 5-gündən çox düşməməsi təhlükəlidir”. Ə.Quliyev son zamanlar uşaqlar arasında geniş yayılmış dodaqların quruyub-çatlaması halına da aydınlıq gətirib. Pediatr söyləyib ki, bu, kəskin hava dəyişikliyi ilə əlaqədardır. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti bildirib ki, həmçinin uşaqların dil ilə dodaqlarını quruması yüksək temperatur zamanı ola bilər: “Bu zaman valideynlər uşaqların dodaqlarına rəngsiz nəmləndirici dodaq boyası çəksinlər”. Geri qayıt |