Əsas Səhifə > Hadisə > Sumqayıtda avtomobil dirəyə çırpıldı: Xəsarət alan var

Sumqayıtda avtomobil dirəyə çırpıldı: Xəsarət alan var


25-01-2023, 14:41


Sumqayıtda avtomobil dirəyə çırpılıb, xəsarət alan var.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili yol kənarında dirəyə çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Şəffaflıq.az


Geri qayıt