Əsas Səhifə > Hadisə > Naxçıvanda qanunsuz silahlar götürülüb
Naxçıvanda qanunsuz silahlar götürülüb25-01-2023, 14:12 |
Naxçıvan Muxtar Respublikası daxili işlər orqanları əhalidə qanunsuz saxlanılan odlu silahların müəyyənləşdirilərək götürülməsi sahəsində təxirəsalınmaz tədbirlər görür. APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu tədbirlərin davamı olaraq Culfa RPŞ-in əməkdaşları Culfa Rayon Xoşkeşin kənd sakini Xəlilzadə İslam Həbib oğlundan 1 ədəd JP-18 markalı 28 mm-lik ov tüfəngi, Kəngərli RPŞ-in əməkdaşları Qıvraq qəsəbə sakini Məmmədov Qalib Zeynalabdin oğlundan 1 ədəd Teksan-S-870 markalı 16 mm-lik ov tüfəngi və Şahbuz RPŞ-in əməkdaşları Şahbuz Rayon Daylaqlı kənd sakini Məmmədli Tural Allahqulu oğlundan F-99 markalı qaz tapançası aşkarlayaraq götürüblər. Faktlarla bağlı daxili işlər orqanlarının aidiyyəti xidmətləri üzrə araşdırmalar aparılır. Şəffaflıq.az Geri qayıt |