Əsas Səhifə > Cəmiyyət > Deputat sağlamlıq arayışının baha olmasından şikayətləndi
Deputat sağlamlıq arayışının baha olmasından şikayətləndi25-01-2023, 13:56 |
“2021-ci illə müqayisədə 2022-ci ildə Azərbaycanda dializ xəstələrinin sayı 13% artıb”. “Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahımqızı komitənin yanvarın 25-də keçirilən iclasında deyib. O bildirib ki, bu məsələni araşdırmaq lazımdır: “Çünki 13% kiçik rəqəm deyil”. M.İbrahimqızı eyni zamanda sağlamlıq haqqında arayışın qiymətinin yüksək olmasından narazılıq edib: “Sağlamlıq arayışının qiyməti 41 manatdır. Biz hər hansı seçicimizi işə düzəldəndə bu arayışın qiymətinin yuxarı olduğunu müşahidə edirik. Məsələn, xadimə işinə qəbul olan şəxs üçün bu məbləğ aylıq ödənişinin böyük hissəsinə bərabərdir. Ona görə də bu məsələ üzərində işləməliyik, 41 manat o qədər az məbləğ deyil”. Şəffaflıq.az Geri qayıt |