Əsas Səhifə > Gündəm / Cəmiyyət > Nəsimi festivalı çərçivəsində “Daşın nəğməsi” heykəltəraşlıq simpoziumunun iştirakçılarının əsərləri təqdim olunub
Nəsimi festivalı çərçivəsində “Daşın nəğməsi” heykəltəraşlıq simpoziumunun iştirakçılarının əsərləri təqdim olunub30-09-2019, 17:50 |
Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən İkinci Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı davam edir. Şəffaflıq.az Trend-ə istinadən xəbər verir ki, festival çərçivəsində Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində "Daşın nəğməsi" IV Beynəlxalq heykəltəraşlıq simpoziumu olub. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu idarəsinin sədri Əsgər Ələkbərov, "Təmiz şəhər" ASC-nin rəhbəri Etibar Abbasov, ictimai xadimlər, Azərbaycandakı diplomatik missiyaların nümayəndələri, mədəniyyət və incəsənət xadimləri simpozium zamanı təqdim olunan əsərlərlə tanış olublar. Simpoziumda 8 ölkədən 11 heykəltəraş iştirak edib. Simpozium zamanı Azərbaycan, Belarus, Bolqarıstan, Çin, İran, Latviya, Rumıniya və Rusiyadan heykəltəraşlar təbii daşlardan hazırlanan əsərlərini təqdim ediblər. Əsərlər Nəsiminin 650 illik yubileyi ilə əlaqədar şairin yaradıcılığına həsr olunub. Geri qayıt |