Əsas Səhifə > SİYASƏT > Azərbaycan Prezidenti: "Ermənistanla sülh müqaviləsi ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir"

Azərbaycan Prezidenti: "Ermənistanla sülh müqaviləsi ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir"


23-01-2023, 23:40


Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.

Şəffaflıq.az  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib.

Dövlət başçısı Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib.


Geri qayıt