Əsas Səhifə > Cəmiyyət > Rusiya və Estoniya arasında diplomatik qalmaqal böyüyür

Rusiya və Estoniya arasında diplomatik qalmaqal böyüyür


23-01-2023, 17:13


Estoniya Xarici İşlər Nazirliyi yanvarın 23-də Rusiya səfiri Vladimir Lipayevə estoniyalı diplomatın Moskvanı tərk etməsi ilə eyni vaxtda ölkədən çıxması barədə göstəriş verib.

“Rusiya ilə münasibətlərimiz paritet prinsipinə əsaslanır. Bu o deməkdir ki, Rusiya səfiri Estoniyanın Rusiyadakı səfiri ilə eyni vaxtda ölkəni tərk edəcək”, - deyə qurumun “Twitter” səhifəsində qeyd edilir.

“Rusiya Moskva ilə bütün münasibətlər kompleksinin məhv edilməsi fonunda Estoniya ilə diplomatik səviyyəni aşağı salır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bazar ertəsi yayılan bəyanatında deyilir.

Bununla bağlı Estoniyanın Moskvadakı səfiri Marqus Laydre bazar ertəsi Rusiya XİN-ə çağırılıb və Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı ona kəskin etiraz edilib.

“Estoniya Respublikasının səfiri 2023-cü il fevralın 7-də Rusiya Federasiyasını tərk etməlidir”, - bəyanatda deyilir.

Bildirilir ki, Estoniya rəhbərliyi son illərdə “Rusiya ilə münasibətlərin bütün spektrini məqsədyönlü şəkildə məhv edir. Rusiya ilə Estoniya arasında münasibətlərdə belə vəziyyətin yaranmasına görə bütün məsuliyyət tamamilə Estoniya tərəfinin üzərinə düşür. Biz Estoniya rəhbərliyinin düşmən addımlarına cavab verməyə davam edəcəyik”.

Mənbə: TASS

Şəffaflıq.az


Geri qayıt