Əsas Səhifə > Cəmiyyət > Vilayət Eyvazov polis rəislərinə tapşırıqlar verdi

Vilayət Eyvazov polis rəislərinə tapşırıqlar verdi


23-01-2023, 16:55


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müsbət nəticələrlə bərabər, ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu da nəzərə çatdıraraq onların aradan qaldırılması yolları və qarşıda duran vəzifələrlə bağlı polis rəislərinə konkret tapşırıq və tövsiyələrini verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, bu barədə nazir bu gün Nazirlikdə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edərkən danışıb.

Daxili işlər naziri 2022-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələri diqqətə çatdırıb, Azərbaycan Respublikasına xidmətə görə şəxsi heyətə təşəkkür edib.

Şəffaflıq.az


Geri qayıt