Əsas Səhifə > Cəmiyyət > Şəkidə itkin düşən məktəbli Bakıda tapıldı

Şəkidə itkin düşən məktəbli Bakıda tapıldı


23-01-2023, 16:50


Şəkidə itkin düşən məktəbli tapılıb.

Şəffaflıq.az -ın məlumatına görə, 10-cu sinif şagirdi Şəkidən Bakı şəhərinə gəlib və kirayə qalırmış. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov saytımıza məlumatı təsdiqləyib. 

O bildirib ki, yanvarın 14-də itkin düşən Şəki şəhər sakini, 2006-cı il təvəllüdlü Ramazan Hacıyevin yeri Bakı şəhərində müəyyən olunaraq ailəsinə təhvil verilib.


Geri qayıt