Əsas Səhifə > Maraqlı > 1 dirhəmə ehtiyacı olan, 10 000 dirhəmi niyə qəbul etmədi?
1 dirhəmə ehtiyacı olan, 10 000 dirhəmi niyə qəbul etmədi?21-01-2023, 23:59 |
Muhəmməd ibni Əbi Əmir Əhli-Beyt (ə) məktəbində tərbiyə almış insanlardan biri idi. Bir müddət parça satmaqla məşğul olur. Ancaq başına gələn xoşagəlməz hadisələrə görə malını əldən verir. Yoxsulluğa düçar olur. Bir nəfərin ona on min dirhəm borcu var idi və həmin şəxs öz evini satır və həmin pulu Muhəmmədə vermək üçün yola düşür. Mənzilinə gəlib çatır və qapısını döyür. Muhəmməd qapını açır. Pulu ona verib deyir ki, sizin borcunuzdur, onu qaytarıram. Muhəmməd soruşur: "Bu pulu necə əldə etmisən? Onu irs aparmısan? Onu sənə kimsə bağışlayıbdır?". Deyir: "Yox, sakin olduğum evi satmışam və pulunu da sizə gətirmişəm". Muhəmməd deyir: "İmam Sadiqdən (ə) belə bir hədis vardır ki, buyurur: "Borclu insan borcunu əda etmək üçün məskun olduğu evdən qovulmaz". Allaha and olsun ki, indi mənim bir dirhəm pula belə ehtiyacım vardır, ancaq bu pulu qəbul etməyəcəyəm".Milli.Az Geri qayıt |