Əsas Səhifə > MALİYYƏ > Dövlət orqanlarında çalışan nəzarətçi, xadimə, bağban, gözətçi və fəhlələrin maaşları artırılıb

Dövlət orqanlarında çalışan nəzarətçi, xadimə, bağban, gözətçi və fəhlələrin maaşları artırılıb


21-01-2023, 13:46


Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) maaşları artırılıb.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, onların aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:

Sıra

№-si

Kateqoriyalar üzrə dövlət orqanları

Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

400

2.

1-ci kateqoriya dövlət orqanlarında

385

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

365

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında

345




Qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, daha əvvəl onların aylıq vəzifə maaşının məbləği aşağıdakı kimi olub:

Sıra

№-si


Aylıq vəzifə maaşının məbləği

(manatla)

1.

Ali kateqoriya dövlət orqanlarında

370

2.

1-ci kateqoriya dövlət orqanlarında

355

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

335

4.

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında


Geri qayıt