Əsas Səhifə > Cəmiyyət > Tale Heydərovun işçisini Azərbaycandan çıxarırlar?

Tale Heydərovun işçisini Azərbaycandan çıxarırlar?


20-01-2023, 17:51


Dövlət Miqrasiya Xidməti Böyük Britaniya vətəndaşı olan Rebakka Koatesə Azərbaycanda işləmək üçün verilən icazəni ləğv edib.

Şəffaflıq.az xəbər verir ki, Rebakka Koates Bakıda Avropa Azərbaycan Məktəbində işləyib.

İbtidai sinif müəllimi olan Rebakka Koatesin bu ilin avqust ayında Azərbaycana gəldiyi bildirilir. Daha əvvəl Çində və Özbəkistanda işləyən Rebakka Koatesin iş icazəsinin hansı səbəbdən ləğv olunduğu barədə məlumat verilmir.

Məlumat üçün bildirək ki, Avropa Azərbaycan Məktəbinin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. Bu məktəbdə illik təhsil haqqının 10 min manatdan yüksək olduğu bildirilir.


Geri qayıt