Əsas Səhifə > XARİCİ XƏBƏR > "Davos Forumu Azərbaycanın etibarlı tərəfdaş olduğunu dünyaya göstərmək üçün əlverişli müzakirə platformasıdır"
"Davos Forumu Azərbaycanın etibarlı tərəfdaş olduğunu dünyaya göstərmək üçün əlverişli müzakirə platformasıdır"20-01-2023, 11:23 |
"Davos İqtisadi Forumu Azərbaycan dövlətinin etibarlı tərəfdaş olduğunu bütün dünyaya göstərmək üçün ən əlverişli müzakirə platformalarından biri kimi qiymətləndirilməlidir". Bunu açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) departament rəhbəri Seymur Əliyev deyib. O vurğulayıb ki, Dünya İqtisadi Forumu qlobal müzakirə platforması kimi özünü təsdiq etmiş və dünya iqtisadiyyatının oyunçuları tərəfindən qəbul edilən mühüm bir təsisatdır: "Bu təsisatın ən önəmli özəlliklərindən biri heç şübhəsiz müzakirələrin dünyanın aparıcı mütəxəssisləri tərəfindən yaradılmış işçi qruplarının hazırladıqları tədqiqatlar əsasında təşkil edilməsidir. Bir növ qlobal iqtisadiyyatın data əsaslı tədqiqatlarla dizaynı təşviq edilməkdədir. Hesab edirik ki, bu məqam istər milli, istər regional və istərsə də qlobal siyasət təşəbbüsləri baxımından olduqca önəmlidir. Ölkəmizin bu platformada iştirakına gəldikdə, bildiyiniz kimi ölkə başçısının rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti davamlı olaraq Davos platformasında dəyişən dünya çağırışları fonunda Azərbaycanın dövlət maraqları və mövqeyini təmsil edir". S.Əliyev bildirib ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan desk analizin ilkin nəticələri bizə bəzi məqamları ön plana çıxarmaq imkanı verir. Belə ki, 37-ci Zirvə Toplantısından (2007-ci il) etibarən ardıcıl olaraq 50-ci Zirvə Toplantısına (2020) qədər 14 Forumda iştirak edən Prezident İlham Əliyev 25 fərqli tematik sessiyada iştirak edib: "Sözügedən 14 Forum çərçivəsində Prezident tərəfindən 100-ün üzərində üst səviyyəli dövlət və müxtəlif beynəlxalq təşkilat rəsmiləri ilə işgüzar görüşlər keçirilmişdir. Hansı ki, bu görüşlərin 31-i Prezident, 19-u Baş nazir olmaqla yanaşı Dünya Bankı, AYİB və s. beynəlxalq iqtisadi institutların ali rəhbərliyi səviyyəsində keçirilib. Şəffaflıq.az Geri qayıt |