Əsas Səhifə > Cəmiyyət > Ağcabədidə avtomobil su kanalına aşıb: Xəsarət alan var

Ağcabədidə avtomobil su kanalına aşıb: Xəsarət alan var


20-01-2023, 10:31

Ağcabədi rayonunda 1991-ci il təvəllüdlü Əliyev Rahib Rafiq oğlunun idarə etdiyi avtomobil su kanalına aşıb.

Şəffaflıq.az xəbər verir ki, hadisəyə sürücünün nəqliyyat vasitəsinin idarəetməsini itirməsi səbəb olub.

Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Araşdırma aparılır.


Geri qayıt