Əsas Səhifə > Hadisə > Bakıda avtomobil yeniyetməni vuraraq ayağını sındırıb

Bakıda avtomobil yeniyetməni vuraraq ayağını sındırıb


20-01-2023, 10:21


Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, avtomobil 2008-ci il təvəllüdlü Vəlizadə Hüseyn Barat oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.


Geri qayıt