Əsas Səhifə > XARİCİ XƏBƏR > İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb

İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb


19-01-2023, 22:18


Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşü olub.

Şəffaflıq.az xəbər verir ki, Prezident İlham Əliyev Xorvatiya Baş nazirini Azərbaycana səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul olunub.

Söhbət zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Xorvatiyanın da minalardan əziyyət çəkən ölkə kimi minatəmizləmə sahəsində təcrübəyə malik olduğu bildirilib.

Dövlət başçısı otuz illik işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində çoxlu sayda mina basdırdığı və 2020-ci il noyabrın 10-dan - hərbi əməliyyatların başa çatmasından bu günədək 300-ə yaxın Azərbaycan vətəndaşının mina hadisələri nəticəsində həlak olduğu və ya yaralandığını qeyd edib. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının həyata keçirildiyi bildirilib. Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu, həmçinin Xorvatiya şirkətlərindən bununla bağlı müxtəlif avadanlıqların alındığı vurğulanıb. Minatəmizləmə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.

Söhbət zamanı enerji sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki strateji tərəfdaşlığı vurğulanıb. Hazırda ölkəmizin Avropanın enerji bazarına əlavə qaz həcmləri çıxarması istiqamətində fəaliyyətini davam etdirdiyi bildirilib.


Geri qayıt