Əsas Səhifə > FUTBOL > "Neftçi" Türkiyənin Antalya şəhərində sonuncu yoxlama oyununu keçirib.

"Neftçi" Türkiyənin Antalya şəhərində sonuncu yoxlama oyununu keçirib.


19-01-2023, 22:14


"Neftçi" Türkiyənin Antalya şəhərində sonuncu yoxlama oyununu keçirib.

Şəffaflıq.az-ın məlumatına görə, "ağ-qaralar" Serbiyanın "Srvena Zvezda" komandası ilə qarşılaşıb.

Görüş rəqibin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 4-cü dəqiqədə Nemanya Motika vurub.

Qeyd edək ki, "Neftçi" əvvəlki sınaq matçlarında Macarıstanın "Vaşaş" klubu ilə qolsuz heç-heçə edib, Polşanın "Medz Leqnitsa" kollektivinə isə uduzub - 1:2.


Geri qayıt