Əsas Səhifə > XARİCİ XƏBƏR > Tokayev Qazaxıstan parlamentini buraxdı
Tokayev Qazaxıstan parlamentini buraxdı19-01-2023, 14:39 |
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz fərmanı ilə parlamentin yeddinci çağırış Məclisini (aşağı palata) buraxıb. Bu barədə Qazaxıstan prezidentinin saytında məlumat verilib. Dövlət başçısı həmçinin növbədənkənar deputat seçkilərini 2023-cü il martın 19-na təyin edib. İlkin olaraq, Məclisə seçkilər 2025-ci ildə keçirilməli idi. Tokayev erkən seçki ideyasını ötən il konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra dilə gətirmişdi. Şəffaflıq.az Geri qayıt |