Əsas Səhifə > Cəmiyyət > Bazarlara murdar olmuş toyuq çıxarılır?

Bazarlara murdar olmuş toyuq çıxarılır?


19-01-2023, 14:15


Bəzi binaların, metro stansiyalarının qarşısında və bazarlarda üçü 10-11 manata kənd çolpası adı ilə toyuq əti satılır. Qiyməti digərlərinə nisbətən ucuz olduğundan alıcılarının da sayı az deyil.

Satıcılar yerli istehsal olduğunu qeyd etsələr də, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli deyir ki, əslində, bu cür toyuqlar ölkəmizə Belarusdan gətirilir.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, broyler fabrikində yetişdirilən toyuqlar kökəlməsi üçün intensiv qıdalandırılır. Çəkisi bir kiloqramı ötdükdə kəsimə gedir və bazara çıxarılır. Yumurtalıq toyuqlarla bağlı vəziyyət isə başqadır.

“Bu toyuqlar bir neçə ildən sonra yumurtlamır və onların əti həddən çox bərk olur. Kənd toyuğuna bənzəyir və gec bişir”, - deyə o əlavə edib.

Eyyub Hüseynov onu da qeyd edib ki, bu cür aşağı qiymətə satılan kəsilmiş toyuqlar təkcə yumurtadan kəsilənlər deyil. Bəzən broyler fabriklərində bir gecədə satış həddinə çatmamış minlərlə toyuq ölür. Bəzi istehsalçılar isə onları təmizləyib bazarlara çıxarırlar.

Şəffaflıq.az


Geri qayıt