Əsas Səhifə > Cəmiyyət > Mardində xarici dövlət nömrə nişanlı avtomobilə silahlı hücum olub: Ölən və yaralananlar var

Mardində xarici dövlət nömrə nişanlı avtomobilə silahlı hücum olub: Ölən və yaralananlar var


19-01-2023, 13:53


Türkiyənin Mardin şəhərində xarici dövlət nömrə nişanı olan “Jeep” markalı avtomobilə  silahlı hücum olub.

Naməlum şəxs və ya şəxslər tərəfindən açılan atəş nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Hadisə yerinə polis və tibb işçiləri göndəriliblər.

Hücum zamanı avtomobildə olan Hındrin Abdullah Saleh, Vaheda Haedar Jasim, Abdullah Saleh Mustafa və Çiman Şahin Xalid həyatını itirib, Əhməd Calaladin İbrahim yaralanıb.

Cinayətkarların saxlanılması istiqamətində işlər davam etdirilir.

Şəffaflıq.az


Geri qayıt