Əsas Səhifə > XARİCİ XƏBƏR > ARDNF-nin investisiya portfelinin 60%-dən çoxu inkişaf etmiş ölkələrin payına düşüb

ARDNF-nin investisiya portfelinin 60%-dən çoxu inkişaf etmiş ölkələrin payına düşüb


19-01-2023, 11:40


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 31.12.2022 tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fonddan “APA Economics”ə verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 63,9%, inkişaf etməkdə olan ölkələr üzrə - 16,4%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,6% təşkil edib. Sərmayələrin qalan hissəsi (12,1%) qızılın payına düşüb.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın altı regionu daxildir. Bunların sırasına Şimali Amerika (33,4%), Cənubi Amerika (0,1%), Avropa (29,6%), Yaxın Şərq (0,4%), Avstraliya/Yeni Zelandiya (0,8%) və Asiya/Sakit Okean (16%).

Qeyd edək ki, 31.12.2022 tarixinə ARDNF-nin investisiya portfeli 49 032,71 milyon dollara bərabər olub.

Şəffaflıq.az


Geri qayıt