Əsas Səhifə > XARİCİ XƏBƏR > Tehranda qadın fəala ağır cəza verildi: Həbs və 74 şallaq zərbəsi
Tehranda qadın fəala ağır cəza verildi: Həbs və 74 şallaq zərbəsi18-01-2023, 16:42 |
İranın Tehran şəhərində yaşayan qadın fəal Fərnaz Hüseynzadə dörd il səkkiz ay həbs cəzası və 74 şallaq zərbəsinə məhkum edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Yanvarın 17-də Tehran İnqilab Məhkəməsi geyim dizayneri olan 30 yaşlı xanımı etiraz aksiyasına qoşulduğu üçün cəzalandırıb. Fərnaz Hüseynzadə ötən il oktyabrın 26-da Tehranın Səttarxan meydanında təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Evin zindanına köçürülüb. Şəffaflıq.az Geri qayıt |